Trampdan mühüm qərar: Polşaya beş min nəfər ABŞ əsgəri göndəriləcək
“ABŞ Polşaya əlavə olaraq 5 000 hərbi qulluqçu göndərəcək”.
24Xeber.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edib.
“Polşanın hazırkı prezidenti, dəstəkləməkdən qürur duyduğum Karol Navrotskinin uğurlu seçilməsini və onunla münasibətlərimizi nəzərə alaraq, ABŞ-nin Polşaya əlavə 5 000 hərbçi göndərəcəyini elan etməkdən məmnunam”, – deyə ABŞ lideri vurğulayıb.