İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istədilər

GDIymJQTsAbw1ULuOjx9cGXPCHq1xDr7UjvvMfrL_1200

Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 11 kiloqram 985 qram narkotik vasitə (7 kq 885 qram heroin, 4 kq 100 qram metanfetamin) və 20 ədəd psixotrop tərkibli “Metadon M-40” həbinin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

24Xeber.az  xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istədilər - FOTO