Kaliforniyada meşə yanğınları evlərə yön alır – Onminlərlə sakin təxliyə edilib

nmXHZCK8pWLBZeoD026BnN5q7m9Cd612NXyzsFlo_1200

Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında meşə yanğınlarının geniş areala yayılması ilə əlaqədar onminlərlə insanın ərazidən köçürülməsinə dair göstəriş verilib.

24Xeber.az  bildirir ki, bu barədə “NBC News” telekanalı xəbər yayıb.

Məlumata əsasən, Los-Anceles şəhərindən təqribən 50 kilometr aralıda yerləşən Santa Susana və Simi Vadisi bölgələrinin sakinləri ciddi risklə üzləşiblər. Ştatın yanğından mühafizə xidmətinin açıqlamasında alovun azı bir yaşayış evinə ziyan vurduğu qeyd edilib. Hələlik xəsarət alan şəxslər haqqında informasiya daxil olmayıb.

Ən genişmiqyaslı yanğın ocağının təqribən altı min hektarlıq ərazini cənginə aldığı bildirilir. Alovun söndürülməsi prosesinə xüsusi aviasiya vasitələri cəlb ediliblər. Yüksək temperatur və şiddətli külək yanğının daha da genişlənməsinə şərait yaradır.