İspaniya Türkiyədən döyüş təyyarələri almağı planlaşdırır

MPLjOsdIDTaXI0ZazDuS1kMXFcSQQHtgaytgJJxU_1200

İspaniya Müdafiə Nazirliyi Türkiyə istehsalı olan “Kaan” qırıcı təyyarələrini arsenalına daxil etməyi planlaşdırıb.

24Xeber.az  xəbər verir ki, bu barədə “El Espanol” qəzeti məlumat yayıb.

Məlumata görə, ABŞ-dən “F-35” tədarükünü dayandıran ispanlar diqqətlərini Türkiyə təyyarələrinə yönəldiblər.

Qeyd olunur ki, Türkiyə və İspaniya hökumətləri arasında strateji müzakirələr başladılıb və layihənin texnologiya transferinə açıq olduğu bildirilir.

Qeyd edək ki, “Kaan” qırıcıları TUSAŞ tərəfindən istehsal olunan 5-ci nəsil çoxməqsədli döyüş təyyarələridir.