ABŞ-İran danışıqları: Tehran prinsipial mövqeyindən geri çəkilir?

vqOC5wfwlsYpFj3l8mFmMXuPw3shqDNKYBsGUObW_1200

ABŞ və İran arasında münaqişəyə son qoymaq üçün ilkin razılaşma layihəsinə İslam Respublikasında uranın zənginləşdirilməsi və aktivlərin dondurulmasının ləğvi ilə bağlı müddəalar daxildir.

24Xeber.az  xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalı Pakistan mənbələrinə istinadən məlumat yayıb.

“Təmaslar zamanı İran tərəfi nüvə silahı əldə etmək istəmədiyini təsdiqləyib və Vaşinqton bunu alqışlayıb”, – deyə telekanalı məlumatlandıran mənbə əlavə edib.