Çində zavodda güclü partlayış oldu
Çində Hunan əyalətində fişəng istehsalı zavodunda güclü partlayış baş verib.
24Xeber.az xəbər verir ki, bu barədə “Sinhua” agentliyi məlumat yayıb.
Hadisə nəticəsində azı üç nəfər həyatını itirib, daha 25 nəfər xəsarət alıb.
Partlayış mayın 4-də yerli vaxtla saat 16:43-də (Bakı vaxtı ilə təxminən 12:43) Lyuyan şəhərinin Quandu qəsəbəsində yerləşən müəssisədə qeydə alınıb.
Hazırda hadisənin səbəbləri araşdırılır, istintaq aparılır.