SEPAH Hörmüz boğazında yeni nəzarət zonası müəyyən etdi 

2jQNsVeEj79hQXTjzKPhwIJvMvj6winGPblbJn6P_1200

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazı üçün yeni sərhədlər elan edib və iddia edilir ki, bu sərhədlər İran Silahlı Qüvvələrinin nəzarəti və idarəçiliyi altındadır.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Dərc olunmuş bəyanata görə, cənub sərhədi İran ərazisindəki Mübarək dağı ilə Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Fuceyrə şəhərinin cənub hissəsi arasındakı xətt boyunca uzanır.

SEPAH-ın versiyasına görə, qərb sərhədi İranın Keşm adası ilə Birləşmiş Ərəb Əmirliklərinin Umm əl-Kayvayn əmirliyi arasındakı xətt boyunca uzanır.