ABŞ ilə müharibədə İrana nə qədər ziyan dəyib? – Səfir açıqladı
ABŞ-nin İrana zərbələri nəticəsində sözügedən ölkəyə dəyən maddi ziyanın məbləği açıqlanıb.
Bu barədə 24Xeber.az -a İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu məlumat verib.
O vurğulayıb ki, İrana 270 milyard dollar dəyərində ziyan dəyib.
“Hücumlar nəticəsində xeyli şəhər dağıldı. 149 tarixi abidə ABŞ-İran müharibəsində ziyan gördü. Aralarında elələri var ki, bərpası mümkün deyil” .
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.
Aprelin 22-nə planlaşdırılmış ikinci görüş isə baş tutmayıb.