İndoneziyada qatar qəzasında ölənlərin sayı 14-ə çatıb

0jtPo2guRB7oERWNXdXN1gekjwPVdtn3edrsQ9Lq_1200

İndoneziyanın Bekasi şəhərində qatarların toqquşması nəticəsində həlak olanların sayı 14 nəfərə yüksəlib, daha 84 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

24Xeber.az -ın “Antara” agentliyinə istinadən verdiyi məlumata görə, bunu İndoneziyanın dövlət dəmir yolu şirkəti olan “PT Kereta Api Indonesia”nın (KAI) rəhbəri Bobbi Rasidin açıqlayıb.

Bundan əvvəl yayılan məlumatlarda qəza nəticəsində dörd nəfərin öldüyü bildirilirdi.

Dəmir yolu şirkəti qurbanların ailələrinə dərin hüznlə başsağlığı verib. KAI rəhbərliyi dəfn mərasimlərinin xərclərini öz üzərinə götürəcəyini vəd edib. Eyni zamanda, qurum zərərçəkənlərin bütün tibbi xərclərinin qarşılanacağına dair təminat verib.