Hindistanda təyyarədən təxliyə zamanı sərnişinlər xəsarət alıblar
Hindistanın paytaxtı Yeni Delhidən İsveçrənin Sürix şəhərinə uçan “Swiss” aviaşirkətinə məxsus təyyarədən qəza təxliyəsi nəticəsində altı sərnişin xəsarət alıb.
24Xeber.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, hadisə Hindistanın paytaxtındakı İndira Qandi adına Beynəlxalq Hava Limanında baş verib.