Premyer Liqa: “Neftçi” “Qarabağ”la qarşı-qarşıya

3hmnpBnblMskxl2o5iM6c3W6cqxXKveuZJV2dtM6_1200

Misli Premyer Liqasında 29-cu turun daha iki oyunu bu gün keçiriləcək.2 xəbər verir ki, ilk olaraq “Şamaxı” “Kəpəz”i qəbul edəcək.

24Xeber.az xeber verir ki,Şamaxı şəhər stadionundakı qarşılaşma saat 16:00-da start götürəcək.

Meydan sahibləri 32 xalla 8-ci, Gəncə klubu 21 xalla 10-cu pillədə qərarlaşıb.

Günün ikinci görüşündə “Neftçi” və “Qarabağ” münasibətlərə aydınlıq gətirəcəklər.

“Palms Sports Arena”da matç saat 19:00-da başlayacaq. Ağdam təmsilçisi 56 xalla ikinci, “ağ-qaralar” 44 xalla dördüncüdür.

Qeyd edək ki, tura aprelin 27-də yekun vurulacaq. Ötən gün “Sumqayıt” “İmişli”ni iki cavabsız qolla üstələyib. “Qəbələ” – “Araz-Naxçıvan” oyununda qalib müəyyənləşməyib – 1:1.