Daşkəsən və Gədəbəyə qar yağıb

QuB3GNNELqDPwaJ8mFA1mOdSlkJmovBeOQtlLgDP_1200

Aprelin 26-ı saat 11:00-a olan faktiki hava açıqlanıb.

24Xeber.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, bəzi yerlərdə arabir yağış, Daşkəsən və Gədəbəy rayonunun yüksək dağlıq ərazilərinə isə qar yağıb.

Düşən yağıntının miqdarı Quba, Göygöl, Gədəbəydə 5, Qusarda 3, Daşkəsəndə 2, Xaçmaz, Gəncə, Naftalan, Şabran, Yardımlı, Astara, Lənkəran və Lerikdə 1 mm-dir.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Göyçayda 26, Ağdam, Naftalanda 24, Tərtər, İsmayıllıda 22, Oğuzda 21 Neftçala, Qəbələ, Bərdədə 20, Bakıda və Abşeron yarımadasında, Zaqatala, Balakən, Şəki, Zərdab, Daşkəsəndə 18, Sabirabadda 17, Mingəçevir, Qobustan, Biləsuvarda 16, Culfada 15 m/s-yə çatıb.

Gəncə, Şəmkir, Altıağac, Qusar, Lerikdə duman müşahidə olunur. Görünüş məsafəsi 500 m-dək məhdudlaşır.