Kür çayı daha bir rayonda BƏNDİ UÇURTDU
Ağcabədi rayonunda Kür çayı bəndi yarıb.
24Xeber.az “Report”a istinadən xəbər verir ki, hadisə Kür çayının rayonun Nəcəfqulubəyli kəndi ərazisindən Qarqarçayla qovuşduğu yerdə qeydə alınıb.
Buna səbəb bir neçə gündür yağan aramsız yağışlardan sonra Kür çayında suyun səviyyəsinin artması olub.
Məlumata görə, hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib.
Hazırda ərazidə vəziyyət nəzarətə götürülüb.
Xatırladaq ki, iki gün əvvəl Kür çayının Zərdab rayonundan keçən hissəsində daşqın baş verib.