Goranboyda kişi bıçaqlandı – Ata və oğlu SAXLANILDILAR
Goranboy sakininə kəsici-deşici alətlə xəsarət yetirilib.
24Xeber.az xəbər verir ki, hadisə rayon ərazisində baş verib.
Belə ki, 1980-ci il təvəllüdlü S.Alıyev ağır xəsarətlərlə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində S.Alıyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 21 yaşlı İbrahim Ələsov və onun atası 46 yaşlı Aynur Ələsov saxlanılıblar.
Faktla bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.