ABŞ İkinci Dünya müharibəsindən bəri ən böyük sualtı donanma quruculuğuna başlayıb

Y9igR0N7Eqo1oJc2OmlgVA57rlBdsTsOqUaLkMPb_1200

“ABŞ İkinci Dünya müharibəsindən bəri ən böyük sualtı donanma quruculuğunu həyata keçirir”.

24Xeber.az  “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə enerji qurğuları proqramının direktoru admiral Uilyam Hyuston bildirib.

Onun sözlərinə görə, hər il inşa edilən gəmilərin ümumi tonnajı hətta soyuq müharibənin ən gərgin dövründəki göstəriciləri də üstələyir.

U.Hyuston qeyd edib ki, hazırkı mərhələdə ABŞ sürətləndirilmiş tikinti işləri aparır və bu, müvafiq proqram çərçivəsində həyata keçirilir.