“Yurqorden”də oynayan Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı İsveçdə hokkey matçında meydana çıxıb.
Bu barədə futbolçu instaqram hesabında paylaşım edib.
Matçda “Yurqorden”in futbolçu və məşqçi heyəti qarşılaşıb.
Bugünlərdə İsveçdə 2023-cü il daxili çempionata yekun vurulub. “Yurqorden” 4-cü yeri tutub.
İsveçdə “Yurqorden”in hokkey komandası da fəaliyyət göstərir.