Tramp İranla atəşkəsin uzadılması ehtimalı barədə nə düşünür?

hKFX6oJCDcaOdW2Ch9mI9wgaaXoXxPWacvN5bwD3_1200

ABŞ Prezidenti Donald Tramp İranla iki həftəlik atəşkəsin uzadılmasını son dərəcə az ehtimal olunan hesab edir.

24Xeber.az  xəbər verir ki, o, bu barədə “Bloomberg” agentliyinə verdiyi şərhdə bildirib.

Ağ Evin rəhbəri xatırladıb ki, atəşkəsin müddəti Vaşinqton vaxtı ilə çərşənbə günü başa çatır.

D.Trampın sözlərinə görə, əgər ölkələr arasında razılaşma atəşkəs müddəti bitənə qədər əldə olunmazsa, çətin ki, atəşkəs sazişi uzadılsın.