Qurban Qurbanov Elvin Cəfərquliyevi də əsas komandadan uzaqlaşdırdı
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Elvin Cəfərquliyevi də əsas heyətdən uzaqlaşdırıb.
Bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.
Bildirib ki, buna səbəb futbolçunun nizam-intizam qaydalarını pozması olub.
Bu qərar Misli Premyer Liqasının 27-cı turunun “Şamaxı” – “Qarabağ” oyunundan sonra qəbul edilib.