Azad olunmuş ərazilərdə yeni hərbi obyektlər yaradılır
“Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunun maddi-texniki bazasının gücləndirilməsi, eləcə də hərbi infrastruktur obyektlərinin inşası və müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir”.
24Xeber.az xəbər verir ki, bu açıqlamanı Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, Müdafiə Nazirliyinin rəhbər heyəti azad edilmiş ərazilərdə əsaslı təmir olunan və yeni inşa olunan təlim mərkəzi və hərbi hissələrdə görülən işlərlə tanış olub:
“Müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə edilib ki, keyfiyyətli tikinti materialları ilə inşa olunan yeni hərbi obyektlərdə şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsi daima prioritetdə saxlanılır və xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili üçün zəruri imkanlar yaradılır.
Nazirliyin rəhbər heyəti təmir-tikinti işlərinin yüksək keyfiyyətlə və plana uyğun müddətdə yekunlaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verib”.