İran münaqişəsi Avropanı nüvə enerjisinin inkişafına sövq edir

ftSSOSz0Vh1HlehyAm9z5neb8RUv7CN9BEYYy6Ex_1200

Avropa Komissiyası (AK) İran ətrafındakı böhran səbəbindən son onillikdə ilk dəfə Avropa İttifaqı (Aİ) ölkələrini təkcə yaşıl deyil, həm də atom energetikasını inkişaf etdirməyə çağırıb.

24Xeber.az TASS-a istinadən xəbər verir ki, müvafiq bəyanatı AK rəhbəri Ursula fon der Lyayen Brüsseldə keçirilən mətbuat konfransında deyib.

“Biz karbon yanacağından həddindən artıq asılılığa görə xeyli əlavə vəsait ödəyirik. Karbon resursları yaxın illərdə ən bahalı seçim olacaq. Lakin bizim Avropada yaşıl və nüvə enerjisi istehsal etmək üçün bütün imkanlarımız var. Bu strategiyanı həyata keçirəcəyik”, – deyə Lyayen bildirib.

AK rəhbəri Aİ ölkələrini nəqliyyat və istilik sistemləri də daxil olmaqla bu istiqamətdə işləməyə və ittifaqın iqtisadiyyatını daha fəal şəkildə elektrikləşdirməyə çağırıb.

Diplomat qeyd edib ki, İran ətrafındakı böhranın başlanmasından bəri Aİ-nin enerji resurslarının idxalına çəkdiyi xərclər 22 milyard avro artıb.