Trampın müşaviri ABŞ-nin İrana hücumundan sonra Yaxın Şərqdə ilişib qaldığını bildirib

IMG_9394

ABŞ Prezidenti Donald Trampın müşaviri Aleks Bryusevits ABŞ-nin İrana hücumundan sonra Yaxın Şərqdə “ilişib” qaldığını bildirib.

24xeber.az xəbər verir ki, bu barədə o, öz “X” hesabında paylaşım edib:

“Son 72 saat tamamilə sürreal idi, əvvəllər heç belə bir şey yaşamamışdım. İran raketləri düz başımın üstündən uçurdu”.

O, Ağ Ev administrasiyasına, eləcə də Qətər və Səudiyyə Ərəbistanı rəhbərliyinə vəziyyətin həllində göstərdikləri köməyə görə təşəkkür edib. Müşavir hazırda münaqişə zonasını tərk edib və Avropaya çatıb.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İranda genişmiqyaslı hərbi əməliyyata başlayıblar. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri zərbələrə məruz qalıb. İran ali lideri ayətullah Əli Xamenei öldürülüb. Buna cavab olaraq İran əməliyyatlara başlayıb, Yaxın Şərqdəki ABŞ bazalarına, həmçinin İsrail şəhərlərinə zərbələr endirib. Tehran Fars körfəzi ölkələrinə də hücum edir.