Bakıda nasaz avtomobil maşrut avtobusu ilə toqquşdu
Paytaxtın Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, 99-GL-737 dövlət nömrə nişanlı “Mitsubishi Pajero” markalı avtomobil “Karsan Atak” markalı sərnişin avtobusu ilə toqquşub.
Hadisəyə səbəb “Mitsubishi Pajero” markalı avtomobilin sol təkərinin yerindən çıxması olub.