Almaniya Litvada ilk dəfə kamikadze dronlarını sınaqdan keçirdi

mKDcpo4m3JDAEQJe0wnHIqeggWiwYuAf054h4WCU_1200


Almaniya Silahlı Qüvvələri (Bundesver) Litvada keçirilən təlimlərdə ilk dəfə kamikadze dronlarını taktik sınaqdan keçirib.

24Xeber.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilir ki, Bundesver Litvada kamikadze PUA-larının taktik istifadəsinə dair ilk təlimləri icra edib.

Sınaqlar Belarusla sərhəddə Rudninkay poliqonunda keçirilən “Freedom Shield” (“Azadlıq qalxanı”) manevrlərinin bir hissəsidir.

Təlim təyinatı sayılan inert döyüş başlıqları ilə təchiz olunmuş, Almaniyanın “Helsing” və “Stark” şirkətlərinin istehsal etdiyi gəzən sursatların sınaq prosesini AFR Quru Qoşunlarının müfəttişi, general-leytenant Kristian Froydinq izləyib. Təlimlər əsnasında PUA-lar şığıma hərəkətlərini yerinə yetirərək əsas döyüş tanklarını hədəfə alıblar.