Xankəndinə sulu qar yağır, Bakıda külək güclənir
Noyabrın 9-u saat 10:00-a olan faktiki hava açıqlanıb.
24Xeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə leysan xarakterli intensivdir, dağlıq ərazilərə isə qar yağır.
Qar örtüyünün hündürlüyü: Şahdağda 29, Qrızda 27, Xınalıqda 25, Sarıbaşda (Qax) 23, Əlibəydə (Zaqatala) 22, Qusarda (Laza) 20, Kişçayda (Şəki) 17, Gədəbəydə 11, Daşkəsəndə 10, Xaltanda 8, Kəlbəcərdə 7, Laçın, Qubadlı, Altıağacda 4, Şuşa, Şahbuzda 2, Lerik və Göygöldə 1 sm-dir. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında: Bakıda 21 (aylıq normanın 72%-i), Maştağada 15, Binədə 9, Pirallahıda 7, Sumqayıtda 3 mm-dir.