Canni İnfantino İlham Əliyevə təşəkkür etdi

X4RSLY9j3RAaZc5fjZL308FMZLJcdraGTuCf1hPZ_1200


FIFA prezidenti Canni İnfantino Bakıda 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

24Xeber.az xəbər verir ki, İnfantino bununla bağlı özünün sosial media hesabında paylaşım edib.

Həmin paylaşımı təqdim edirik:

“Mən Azərbaycan Prezidenti İlham Əliyevə, baş nazirin müavini Samir Şərifova, hökumətə, Rövşən Nəcəfin rəhbərliyi altında AFFA-ya (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası – red.), FIFA-dakı həmkarlarıma və bu xüsusi yarışın təşkilində kömək edən hər kəsə təşəkkür edirəm. Biz hər bir gənc istedada şans veririk və altı konfederasiyanın hamısında FIFA-nın 189 üzv ölkəsindən gəncləri birləşdiririk”.