Mariya Zaxarova azərbaycanəsilli reperin Qazaxıstanda həbs olunmasından danışdı
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova azərbaycanəsilli rusiyalı repçi Navainin (Nəvai Bəkirov) Qazaxıstanda narkotik qaçaqmalçılığı şübhəsi ilə saxlanılmasına Rusiyanın diplomatik nümayəndələrinin reaksiyasını şərh edib. O bildirib ki, konsulluq əməkdaşları istənilən vəziyyətdə xaricdə olan Rusiya vətəndaşlarının hüquqlarını qorumağa borcludurlar.
24Xeber.az xəbər verir ki, Zaxarova bu barədə “Telegram” kanalında paylaşım edib.
Bəkirovun saxlanılmasından sonra Rusiyanın Almatıdakı Baş Konsulluğu Qazaxıstan Xarici İşlər Nazirliyinə nota göndərib. Bu addım ictimaiyyətin, xüsusilə də belə bir vəziyyətdə sənətçiyə diplomatik dəstək göstərilməsinin vacibliyini şübhə altına alan aktrisa Yana Poplavskayanın tənqidinə səbəb olub.