Azərbaycanda avtomobil istehsalı artıb

gkvEFOJs9wYtkRWc5oEV4o6IpCjbJgiE6XoMrqfj_1200


2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 51.2 milyard manatlıq sənaye məhsulu istehsal edilib.

24Xeber.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə sənaye məhsulunun istehsalı real ifadədə 0.8 faiz azalıb.

Hesabat dövründə emal sənayesində isə 16 milyard 982.9 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3.4 faiz çoxdur.