Məşhur fransız aktrisanın vida mərasimində diqqətçəkən məqam
Rusəsilli fransalı aktrisa Marina Vladi Paris yaxınlığındakı Arkey kommunasında kremasiya edilib. Onunla vida mərasimi məhdud sayda insanın iştirakı ilə keçirilib.
24Xeber.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə aktrisanın ailəsinə yaxın şəxslər məlumat veriblər.
Mərasimdə aktrisanın ailə üzvləri və yaxın dostları iştirak ediblər. Agentliyin həmsöhbəti aktrisanın külünün nə vaxt və harada dəfn olunacağı ilə bağlı məlumatların açıqlanmadığını bildirib.