İranın vitse-prezidenti Avstriyaya buraxılmadı – Rəsmi Tehrandan adekvat addım

AULTabnDG4Ddnce1J30hg2lKIlmUNkOX5pdBZpcC_1200


İran Xarici İşlər Nazirliyi Avstriyanın ölkədəki diplomatik nümayəndəliyinin rəhbərini çağıraraq, Vyana tərəfindən vitse-prezident və İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslamiyə viza verilməməsinə görə sərt etirazını bildirib.

Xia.az -ın TASS-a istinadən xəbər verir ki, bu barədə İran XİN-in rəsmi sözçüsü İsmayıl Bəqayi açıqlama verib.

Həftəlik mətbuat konfransında çıxış edən rəsmi qeyd edib:

“Bütün beynəlxalq qanunlara əsasən, onlar İran nümayəndə heyətinə viza təqdim etməli idilər. Biz dərhal hərəkətə keçdik və etirazımızı çatdırmaq üçün Avstriyanın müvəqqəti işlər vəkilini çağırdıq”.

İ.Bəqayinin sözlərinə görə, Vyananın Vaşinqtonun təzyiqi altında viza verməkdən imtina etməsi faktı Avstriyanı atdığı addımlara görə məsuliyyətdən azad etmir.

Bundan əvvəl “Bloomberg” agentliyi xəbər vermişdi ki, ABŞ-nin təşəbbüsü ilə Avstriya rəhbərliyi İranın Atom Enerjisi Təşkilatının sədrinin ölkəyə girişinə qadağa qoyub. Nəticədə Məhəmməd Eslaminin AEBA-nın baş konfransında çıxışı baş tutmayacaq.

Qeyd edək ki, M.Eslami AEBA-nın Baş Konfransının 70-ci sessiyasında iştirak etməli idi.