Yerin atmosferinə asteroid daxil olub
Hind okeanı üzərində diametri təxminən bir metr olan asteroid Yerin atmosferinə daxil olub.
24Xeber.az xəbər verir ki, bu barədə RBK-ya Rusiya Coğrafiya Cəmiyyətinin Krasnodar bölməsinin Astronomiya və Kosmonavtika Mərkəzinin rəhbəri Aleksandr İvanov məlumat verib.
Onun sözlərinə görə, səma cisminin İndoneziyanın Bali adasından təxminən 600 km cənubda düşməsi gözlənilir.