Füzulidə 15 yaşlı oğlan kanalda boğuldu

batmaq-2_1200

Füzuli rayonunda yeniyetmə oğlan kanalda boğulub.

Oxu.Az-ın məlumatına görə, hadisə iyunun 19-da günorta saatlarında rayonun keçmiş məcburi köçkünlər üçün salınmış Qayıdış-9 qəsəbəsində baş verib.

Qəsəbə sakini 2011-ci il təvəllüdlü F.Hüseynov yaxınlıqdakı su kanalında çimərkən boğulub.

Faktla bağlı araşdırma aparılır.