Flora Kərimova xəstəxanadan evə buraxıldı

X2PKEUTJHemL1FJmv8Yp54W8CHq9me1mzh8n86Q6_1200

Xalq artisti Flora Kərimova müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Bu barədə Oxu.Az-a sənətkarın köməkçisi Əli Davud məlumat verib.

O qeyd edib ki, Flora Kərimovanın səhhəti hazırda yaxşıdır və bağ evinə dincəlməyə gedib:

“Müalicəsi müsbət nəticə verdiyi üçün həkimlərin qərarı ilə evə buraxılıb”.

Xatırladaq ki, Xalq artisti səhhətində yaranan narahatlıq səbəbindən bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi. Sənətkarın müalicə prosesi Mehriban Əliyeva tərəfindən nəzarətə götürülmüşdü.