Hindistana yanacaq daşıyan tanker fevraldan bəri ilk dəfə Hörmüz boğazından keçib

dzrcpubBnDfrHyEy6rAQ4JLvg90oE6MTSXuCy7Yi_1200

Hindistan üçün nəzərdə tutulmuş mayeləşdirilmiş təbii qaz (LPG) daşıyan tanker ABŞ və İsrailin İrana qarşı müharibəsi başlayandan bəri ilk dəfə Hörmüz boğazından keçib.

24Xeber.az -ın məlumatına görə, bu barədə “Bloomberg” agentliyi dəniz daşımalarını izləyən şirkətlərin məlumatlarına istinadən xəbər verib.

Söhbətin BƏƏ-nin “Adnoc Logistics & Services” şirkətinə məxsus “Al Hamra” tankerindən getdiyi bildirilir. Gəmi aprel ayında Hörmüz boğazının girişində olub və aprelin 19-da heyət transponderləri söndürüb. Ötən gün isə tanker artıq Hind okeanında olarkən ötürücüləri yenidən işə salıb.

“Kpler” şirkətinin məlumatına görə, tanker Fars körfəzindəki Das adasında yerləşən ADNOC şirkətinin müəssisəsində qazla doldurulub.