Nazilə Salmanova instituta direktor təyin edildi

GQ9LJ9iYetoD51kZPpCxLVtmM2Vq5kBSImK8os5q_1200

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən instituta yeni direktor təyin olunub.

24Xeber.az  xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, dosent Nazilə Salmanova ADNSU-nun nəzdində “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi Tədqiqat İnstitutunun direktoru təyin edilib.

Qeyd edək ki, N.Salmanova əmək fəaliyyəti dövründə Polimer Materialları İnstitutunda, Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda, həmçinin Azərbaycan Dövlət Neft Akademiyasında müxtəlif elmi və pedaqoji vəzifələrdə çalışıb.