Müharibə iştirakçısı qardaşı oğlunu öldürdü – 20 yaşlı “Rüzgar”ın həyatına son qoyan şəxsə HÖKM OXUNDU

5bDIF7XpAjNRs01S076pz1BhgZvrDNV9X7vAdq43_1200

Bakının mərkəzində qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbadovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin qərarı ilə B.İbadov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı Orxan Kəngərli çıxışında təqsirləndirilən şəxs üçün 17 il həbs cəzası istəyib.

* Qardaşı oğlunu öldürməkdə təqsirləndirilən şəxs: “Üstünə cumanda qadın kimi səslər çıxararaq qışqırdı”

* Bakıda ana oğlunun qatilini BAĞIŞLADI

* Bakıda qardaşı oğlunu öldürməkdə təqsirləndirilənin məhkəmə istintaqı yekunlaşdı

Xatırladaq ki, Babək İbadov 44 günlük Vətən müharibəsi iştirakçısı olub.

Qeyd edək ki, hadisə 2025-ci il noyabrın 6-da paytaxtın Səbail rayonu, Bəşir Səfəroğlu küçəsində qeydə alınıb. 20 yaşlı Yasin İbadov bıçaqlanaraq qətlə yetirilib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən mərhumun əmisi, 38 yaşlı Babək İbadov saxlanılıb. Qətlə yetirilən Y.İbadovun “Rüzgar” ləqəbi ilə tanındığı qeyd olunur.

B.İbadova qarşı Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) və 228.5-ci (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham irəli sürülüb.