Gəncədə qız qaçırmağa görə DAVA DÜŞDÜ – Xəsarət alanlar var
Gəncədə kütləvi dava olub.
24Xeber.az APA-ya istinadən xəbər verir ki, şəhər sakini, 2003-cü il təvəllüdlü İ.Məmmədov bıçaq xəsarəti ilə, 2012-ci il təvəllüdlü R.İsmayılova, 1984-cü il təvəllüdlü S.Hüseynova və 1985-ci il təvəllüdlü A.İsmayılova digər xəsarətlərlə xəstəxanaya yeləşdiriliblər.
Onlara ilkin tibbi yardım edilib.
İlkin məluamata görə, ailələr arasında qız qaçırmaq istəyən zaman dava düşüb. Bu zaman 3 nəfər döyülüb, bir nəfər bıçaqlanıb.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Məmmədova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Ə.İsmayılov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.