Tramp Avropadan məyusluğunu dilə gətirdi

t0PZ7frw5AhWGddkDLzdWOzD1Ozcrv1g3dTCbWKg_1200

ABŞ Prezidenti Donald Tramp Avropanın siyasətindən son dərəcə məyus olduğunu bildirib.

24Xeber.az -ın TASS-a istinadən xəbərinə görə, o bu barədə “Salem News Channel”a verdiyi müsahibədə danışıb.

“Avropa olduqca məyus edir”, – deyə Tramp qeyd edib.

Məyusluğunun səbəbini izah edən ABŞ lideri bildirib ki, “İrana qarşı müharibəyə başlayanda NATO yanımızda deyildi”. Eyni zamanda, Trampın iddiasına görə, o, vəzifəyə başlamazdan əvvəl ABŞ Şimali Atlantika Alyansının xərclərinin 100%-ni ödəyib.

Tramp, həmçinin deyib ki, onun fikrincə, Vaşinqton böyük hərbi münaqişədə iştirak edərsə, NATO onun köməyinə gəlməyəcək.

“Əgər biz böyük bir münaqişədə, hətta daha böyük bir münaqişəyə başlamalı olsaq, düşünmürəm ki, onlar (NATO) bizimlə olacaqlar”, – deyə Tramp bildirib.

Qarşıdan gələn Çin səfərindən bəhs edən Donald Tramp Pekinlə yaxşı münasibətlərə üstünlük verdiyini nəzərə çatdırıb.

“Bizim çox möhkəm münasibətlərimiz var və mən hesab edirəm ki, Çinlə döyüşməkdənsə, Çinlə yola getmək daha yaxşıdır və onlar da eyni cür düşünürlər”, – deyə o qeyd edib.