Kolumbiyada kömür mədənində PARTLAYIŞ: 12 nəfər dağıntılar altında qaldı

HRQn7npIZeDxayTqQQis7hsgglHz0BqqQqBepC7d_1200

Kolumbiyada kömür mədənində partlayış baş verib, 12 nəfər dağıntılar altında qalıb.

24Xeber.az  xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Məlumata görə, partlayış qaz yığılması nəticəsində baş verib. Hadisə zamanı mədəndə 15 nəfər olub. Onlardan üçü xilas olmağı bacarıblar.

Xilasetmə qüvvələri və təcili yardım xidmətləri hadisə yerindədirlər.

Bildirilir ki, partlayış baş verən mədən dəniz səviyyəsindən 2500 metr yüksəklikdə, paytaxt Boqotadan təxminən 74 kilometr məsafədə yerləşən Sutataus bölgəsindədir.