Goradildə tapılan uşağın valideynləri müəyyənləşib

zb2aMzatXUd6FlHIwdhg2hE6XVW0ApcxWtueRjQn_1200

Abşeronda – Fatimeyi Zəhra məscidinin yaxınlığındakı Goradil qəbiristanlığından tapılan iki yaşlı uşağın valideynlərinin kimliyi müəyyənləşib.

24Xeber.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, azyaşlının valideynləri artıq tapılıblar.

Hazırda aidiyyəti dövlət qurumları ilə birgə polis əməkdaşları tərəfindən müvafiq tədbirlərin görülməsi təmin edilir.

Qeyd edək ki, ötən gün Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə iki yaşlı uşağın tapılması barədə məlumat yaymışdı.