Ələ keçirilən İran tankerlərindəki neftin taleyi necə olub?

tMx2RAEhrg27H4j8LUKWPM9cHbDLArWuSpADOrPE_1200

ABŞ Hind okeanında ələ keçirilən İran tankerlərindən əldə edilmiş neftin böyük hissəsini özünə götürüb.

24Xeber.az -ın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Salem News Channel” telekanalına müsahibəsində deyib.

“Bunun böyük hissəsi ABŞ-yə daxil olur”, – deyə o bildirib.

Mayın 1-də Florida ştatının Uest-Palm-Biç şəhərində yerli “Forum” klubunun üzvləri ilə danışan Tramp etiraf etmişdi ki, ABŞ hərbçiləri İran neftini daşıyan tankerləri ələ keçirərkən özlərini piratlar kimi aparıblar.