Oğurluq edən qaraçıların məhkəməsi başlayıb

5QZevPPXEi27VBvFYJBz4eSk1GMWaPFM5EkKkEDA_1200

Evə daxil olaraq oğurluq etməkdə təqsirləndirilən qaraçıların məhkəməsi başlayıb.

24Xeber.az -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər dindirilib.

Təqsirləndirilən şəxs Gülpara Vəliyeva bildirib ki, onu bu cinayətə digər qaraçı dostu Pərviz Abdullayev vadar edib:

“Biz getdik onun bibisinin evinə. Dedi ki, bura bizim evimiz kimidir. Sahibə kart götürdü. Mən isə bir ədəd gödəkçə götürmüşəm. Onu da mənə Pərviz üşüdüyümə görə verdi. Biz heç birimiz bilmirdik ki, bura özgənin evidir. Bizlə olan qızların yaşının az olduğunu bilmirdim. Küçədə gül satanda tanış olmuşduq. Əməliyyatçılar gələndən sonra götürdüklərimizin hamısını qaytardıq”.

Digər təqsirləndirilən şəxs Sima Əmiraslanova isə qeyd edib ki, hadisə günü polis şöbəsindən qaçıb:

“Bölmədən qaçmışdıq. Getdik Pərvizin bibisinin evi kimi təqdim etdiyi evə. Mən oradan, demək olar ki, heç nə götürmədim. Sadəcə içi dolu sellofan paketi mənə verdilər” .

Məhkəmənin növbəti iclası mayın 25-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər olan qaraçılar – Pərviz Abdullayev, Gülpara Vəliyeva, Sahibə Mahmudova və Sima Əmiraslanovaya qarşı Cinayət Məcəlləsinin 170.3-cü (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə), 177.2.1-ci (oğurluq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.2-ci (oğurluq – təkrar törədildikdə) və 177.2.3-1-ci (oğurluq – elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.