Naxçıvanda müəllimlərin sertifikatlaşdırılması üzrə test imtahanlarına başlanılıb

dH5PDxD638F9BfgEToy3PSD6YT1mq3DgcXekwRN3_1200

Naxçıvan Muxtar Respublikasında dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin ikinci dövriyyəsi üzrə test imtahanlarına başlanılıb.

Bu barədə 24Xeber.az -a Naxçıvan Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, test imtahanına alman, fransız, ingilis, rus dilləri, Azərbaycan dili, Azərbaycan dili və ədəbiyyatı, informatika, riyaziyyat, kimya, biologiya, fizika, ibtidai sinif, coğrafiya, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı, musiqi, tarix, təsviri incəsənət və texnologiya müəllimləri olmaqla, ümumilikdə 2 772 nəfərin cəlb olunması nəzərdə tutulub.

2-3 may tarixlərində keçirilən prosesdə alman, fransız, ingilis, rus dilləri, həmçinin Azərbaycan dili, Azərbaycan dili və ədəbiyyatı, informatika, riyaziyyat, kimya və biologiya fənləri üzrə 1 315 təhsilverən iştirak edib. İki gün ərzində 99.2 faiz iştirak qeydə alınıb. İmtahanda iştirak edən namizədlərdən 512-si 51-60 bal aralığında nəticə göstərib, 9 nəfəri isə ən yüksək nəticə – 60 bal toplayıb.

Xatırladaq ki, sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi üzrə növbəti test imtahanları mayın 10-da fizika, ibtidai sinif, coğrafiya, mayın 11-də isə fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı, musiqi, tarix, təsviri incəsənət və texnologiya müəllimləri üçün təşkil olunacaq.