Kanada Ukraynaya 200 milyon dollarlıq hərbi dəstək göndərdi
PURL proqramı xətti ilə Kanada rəhbərliyi tərəfindən Ukraynaya 200 milyon dollar dəyərində hərbi yardım paketi ayrılıb.
24Xeber.az xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı Volodimir Zelenski ictimaiyyətə açıqlayıb.
O özünün “Telegram” hesabında aşağıdakıları qeyd edib:
“Baş nazir Mark Karninin bu gün bəyan etdiyi əlavə 200 milyon dollarlıq vəsait çox önəmli bir dəstəkdir”.
Zelenski əlavə edib ki, sözügedən təşəbbüs çərçivəsində Kanada indiyə qədər Ukraynaya 830 milyon dollardan artıq maliyyə vəsaiti köçürüb.