Bakıda çövkən üzrə dünya çempionatı: Bütün iştirakçılar məlum oldu
Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatında iştirak edəcək bütün ölkələr məlumdur.
24Xeber.az xəbər verir ki, bu barədə Beynəlxalq Çövkən Federasiyası məlumat yayıb.
Son olaraq xüsusi dəvətlə çempionata Küveyt qatılacaq.
Dünya çempionatında təşkilatçı ölkə Azərbaycanla yanaşı, Avropa zonasından Polşa və Malta, Afrikadan Nigeriya ilə Qana, Asiyadan Özbəkistan və Qazaxıstan, Cənubi Amerikadan Uruqvay və Çili yığmaları mübarizə aparacaqlar.
Xatırladaq ki, dünya çempionatı iyunun 7-13-ü aralığında Binə Atçılıq Mərkəzində keçiriləcək.