İran rialı dollar qarşısında rekord səviyyədə ucuzlaşdı

D7tKBx4IUYSbgKTgJpgBP1oEjyppt642qM5PD5QC_1200

İranın milli valyutası olan rialın məzənnəsi sutka ərzində ABŞ dollarına nisbətən rekord səviyyədə ucuzlaşıb.

24Xeber.az xəbər verir ki, bu, valyuta və qızılın qiymət dinamikasını izləyən İranın maliyyə portalı TGJU-nun məlumatlarında göstərilib.

Hazırda 1 dollar 1.819 milyon rial dəyərindədir.

Aprelin 28-də 1 dollar 1.65 milyon rial olub ki, bu da məzənnənin 10%-dən çox düşdüyünə dəlalət edir.

2025-ci il ərzində dollar rial qarşısında 83.8% bahalaşıb. Son üç ildə isə ABŞ valyutası İran rialına nisbətən təxminən 219% möhkəmlənib.