“Həyat yoldaşıma bu günü görmək nəsib olmadı” – Xanobaya köçən sakinin duyğulu anları

vr2YxEFrwLuuqUN40NncQeSlQBEJKYr9heTSuN6C_1200

“Doğma yurdumuza qayıtdığımız üçün çox sevincliyik”.

Bu sözləri  Xanoba kəndinə köçən Şəfiqə Abbasova deyib.

O bildirib ki, Cəbrayıl rayonunun Şahvəlli kəndindən məcburi köçkün düşərək, Xırdalan qəsəbəsində məskunlaşıb:

“33 ildən sonra doğma yurdumuza qayıdırıq. Bu gün Xanobaya köçürük. Doğma elimizə üç övladımla qayıdıram. O vaxt 29 yaşım var idi. Yoldaşım yeni vəfat edib, ona bu günü görmək nəsib olmadı.

Allah şəhidlərimizə rəhmət eləsin. Prezidentimizə cansağlığı versin, bu günləri görmək bizə nəsib oldu”.

Xatırladaq ki, bu gün Xocavənd rayonunun Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınır. Bu mərhələdə Xocavənd şəhərinə 39 ailə – 176 nəfər, Qırmızı Bazar qəsəbəsinə 16 ailə – 63 nəfər, Xanoba kəndinə isə 13 ailə – 60 nəfər köçürülür.