Sabah Balakən və Hacıqabulun bir hissəsi qazsız qalacaq

l63gdORunAX1uDHeSVXi1m6q45AWTiGIgFbtX1mp_1200

Balakən rayonunun bəzi kəndlərində qaz təchizatında fasilə yaranacaq.

24Xeber.az  xəbər verir ki, buna səbəb qaz xətlərində aşkar olunmuş sızmaların aradan qaldırılması ilə bağlı aparılacaq təmir işləridir.

Bildirilib ki, aprelin 28-də saat 09:00-dan etibarən rayonun Katex və Beretbinə kəndlərində qazın verilişi müvəqqəti dayandırılacaq.

Qeyd olunub ki, qaz təchizatı aparılan işlər başa çatdıqdan sonra bərpa olunacaq.

Sabah saat 10:00-dan etibarən “Rəncbər”, “Hacıqabul-2” və “Şirvan Əhali” ölçü qovşaqlarından da qaz təchizatının dayandırılması planlaşdırılır.

Salyan Regional Qaz İstismar İdarəsinin yaydığı məlumatda bildirilib ki, qaz təchizatının dayandırılması yaz-yay mövsümü ilə bağlı qaz ölçü qovşaqlarında quraşdırılmış mövcud daraldıcı qurğuların sərfiyyata uyğun yeni daraldıcı qurğularla əvəzlənməsi işləri ilə əlaqədardır.

Qeyd edilib ki, təmir aparılan müddətdə Hacıqabul rayonunun 5 kəndində – Rəncbər, Navahi kəndi, Stansiya Nəvahi, Pirsaat, Qubalıbaloğlan kəndlərində, 62 qeyri-yaşayış sahəsində (ümumi 2716 abonent), o cümlədən Şirvan şəhərinin bir hissəsinin (ümumi 4705 abonent) qaz təchizatında fasilə yaranacaq.