İsrail ordusu “Hizbullah” obyektlərinə zərbələr endirir
İsrail Müdafiə Qüvvələri (SAXAL) Livanın şərqindəki Bekaa vadisində və cənubundakı bir neçə ərazidə “Hizbullah” hərəkatına məxsus obyektləri vurmağa başlayıb.
24Xeber.az -ın TASS-a istinadən xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti açıqlama yayıb.
Bildirilib ki, SAXAL sözügedən rayonlarda “Hizbullah” hədəflərinə zərbə dalğasına start verib.