Narkotik qəbul edib sükan arxasına keçən şəxs həbs olundu

Zm40lSR1lOZC27045eAx2qmW9pgAk2uSzI5oA4EP_1200

Masallı rayonu ərazisində BYD markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

24Xeber.az -ın məlumatına görə, yoxlama zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən R.Məmmədovun narkotik vasitədən istifadə etməsinə də şübhələr yarandığından o tibbi müayinədən keçirilib. Nəticədə həmin şəxsin marixuana istifadə etdiyi müəyyənləşib.

Məhkəmənin qərarı ilə R.Məmmədov 15 gün müddətinə inzibati həbs olunub.