ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının XƏRCLƏRİ AÇIQLANDI

DuHpNTI8qcpISEJNebNvnpUnM49TWypBNyF9DyT9_1200

ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının xərcləri açıqlanıb.

24Xeber.az  xəbər verir ki, bu barədə “Iran War Cost Tracker” portalı məlumat yayıb.

Qeyd olunur ki, hücumların başlanmasından 55 gün keçib. Bu ana qədər ABŞ-nin xərcləri 61.2 milyard dollar təşkil edir.

Portalın məlumatına görə, münaqişənin ilk 6 günündə Birləşmiş Ştatlar 11.3 milyard dollar xərcləyib. Hesablamalara görə, hərbi əməliyyatlar Vaşinqtona saniyədə 11.5 min, saatda 41 666 667 və sutkada bir milyard dollara başa gəlir.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.

Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.

Aprelin 22-nə planlaşdırılmış ikinci görüş isə baş tutmayıb.